İrəvanda Ermənistanla ABŞ-nin birgə keçirdiyi “Eagle Partner 2024” hərbi təlimləri başlayıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Ermənistanın Müdafiə Nazirliyi öz teleqram kanalında paylaşıb.
Təlimlərin açılış mərasimində Ermənistanın müdafiə naziri Suren Papikyan, ABŞ-nin İrəvandakı səfiri Kristina Kuinn və digər rəsmi şəxslər iştirak edib.
Qeyd olunub ki, iyulun 24-nə qədər davam edəcək təlimdə Ermənistan Silahlı Qüvvələrinin sülhməramlı briqadasının, eləcə də ABŞ-nin Avropa və Afrikadakı Quru Qoşunlarının və Kanzas Milli Qvardiyasının hərbçiləri iştirak edəcək.