AZ

“Sui-qəsdin ardı gələcək...” - Bayden yox, Tramp seçkilərdən çəkilə bilər? 

Cümşüd Nuriyev: “ABŞ dünya mafiyalarının beşiyidir”

“ABŞ prezidentliyinə namizəd Donald Tramp sui-qəsd nəticəsində öldürülsəydi, bu, ölkədə qan tökülməsinə və vətəndaş iğtişaşlarına səbəb olardı”. 

Bu sözləri beynəlxalq hüquqşünas Klayn Preston deyib (Axar.az).

“Tramp ölsəydi, ölkə çox təhlükəli vəziyyətdə olardı, çünki biz indi son dərəcə parçalanmışıq”, - o, RT-yə müsahibəsində bildirib. 

Preston qeyd edib ki, bu, sabiq prezidentin həyatına ilk real sui-qəsd cəhdidir: “Bunun sonuncu olduğu ortaya çıxsa, çox təəccüblənəcəyəm. Düşünürəm ki, hər şey yeni başlayır”.

Şübhəsiz, məlum olaydan sonra Trampın təhlükəsizliyi daha da gücləndiriləcək. Üstəlik, bunu təşkil etməyə onun maliyyə resursları da kifayət qədərdir. Lakin bütün bunlar onu qoruya biləcəkmi? Ümumiyyətlə, 100 faizlik qoruma, təhlükəsizlik varmı? Trampın seçkilərdən çəkilməsi mümkünmü?

Cümşüd

Cümşüd Nuriyev

Politoloq Cümşüd Nuriyev “Yeni Müsavat”a deyib ki, ABŞ dünya mafiyalarının beşiyidir: “ABŞ-da bu günə qədər 3 prezident öldürülüb, 3 prezidentə də sui-qəsd olub. Donald Trampa olan sui-qəsd ağıldan uzaq bir cinayətdir. Nə qədər ki, Bayden hakimiyyətdədir, bu cinayətin üstü açılmayacaq. Bu cinayət onun komandasından gələn sifarişlə icra olunub. Sui-qəsddən 1 gün sonra Respublikaçılar namizəd irəli sürəcəkdilər. Co Baydenin ağlı ilə Bakı küləyi arasında fərq yoxdur. Gah xəzri olur, gah da gilavar”.

Politoloq deyir ki, dünyada ABŞ-ın demokratik ölkə kimi tanınmasına baxmayaraq, bu ölkə demokratik deyil: “ABŞ 2015-ci ildə Milli Təhlükəsizlik Strategiyasını qəbul edib. Həmin strategiyada yazılıb ki, nəyin bahasına olursa-olsun, dünyaya ən güclü dövlət olduğumuzu sübut etməliyik. ABŞ-da Makiavellizm - əxlaqsızlıq siyasəti olduqca inkişaf edib. 

Zbiqnev Bjezinski özünün “Böyük şahmat taxtası” kitabında yazır ki, demokratiya - bizim üçün başqa dövlətləri sıxmaq  və öz məqsədlərimizə çatmaq bir yol, metoddur. Sui-qəsdləri tətikləyən isə mafiyaların üz-üzə gəlməsidir. Hazırda ABŞ-da ingilis-irland mafiyası ilə yəhudi mafiyası üz-üzə gəlib. Dərin dövlət - yəni yəhudi mafiyası digər mafiyalarla döyüş mövqeyinə çıxıb. Bu baxımdan ABŞ-da sui-qəsdlərin davam edəcəyini gözləyirəm". 

Politoloq bildirib ki, ABŞ-da mafiyalararası dialoq tükənib və bu halda silahlar yalnız mafiyalardan birinin qalib gəlməsi halında dayana bilər: “Ümumiyyətlə, 100 faizlik qoruma, təhlükəsizlik yoxdur. Müasir dünyada bu çox çətin məsələdir. Çünki silahlar hər ötən gün daha da təkmilləşir, daha müasir olur. Bu baxımdan təhlükəsizlik məsələləri də getdikcə daha çətin hal alır. Donald Trampın 1 sui-qəsddən sağ çıxması onun ikinci və üçüncü sui-qəsdlərin qurbanı olmayacağını söyləməyə əsas vermir. ABŞ-da bu günə qədər 3 prezidenti sui-qəsdlə öldürüblərsə, dördüncüsü də bundan sığortalanmayıb”.

E.MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”

 

Seçilən
130
50
musavat.com

10Mənbələr