AZ

Tramp Azərbaycanla bağlı səhvi təkrar etməyəcək

“Bakı indiki ABŞ Administrasiyasının fəaliyyətindən dərindən məyus olub və onun yanaşmasını birtərəfli hesab edir. Ümid edirəm ki, seçkidən sonra ABŞ-də və Avropada Azərbaycan haqqında, bizim potensialımız, rolumuz haqqında daha yaxşı anlayış olacaq", - deyə Prezident İlham Əliyev Şuşa keçirilən Media Forumunda qeyd edib. Dövlət başçısının fikrincə, Ağ evin Azərbaycana qarşı bir sıra addımları məhz erməni seçicilərin səslərini qazanmaq məqsədilə edilir. Prezident vurğulayıb ki, Azərbaycanın maraqları nəzərə alınmalıdır:

“Bunu görməzdən gəlməyə çalışanlar isə uğursuzluğa düçar olacaqlar”.

Maraqlıdır, Donald Tramp yenidən hakimiyyətə gələcəyi təqdirdə Azərbaycana qarşı münasibətdə nə dərəcədə ədalətli olacaq? Tramp yenidən prezident seçiləcəyi təqdirdə Vaşinqton Bakı ilə İrəvan arasında sülh prosesini daha da sürətləndirəcək?

Məsələ ilə bağlı politoloq Rəşad Bayramov “Cebheinfo.az”-a şərhində qeyd edib ki, Tramp hakimiyyəti dövründə də ABŞ-nin xarici siyasətində Cənubi Qafqaz prioritet məsələ olaraq qalacaq:

“ABŞ Cənubi Qafqazda öz strateji maraqlarını təmin etmək məqsədilə bir çox hallarda regionun lider dövləti olan Azərbaycanın maraqlarını gözardı edən mövqe sərgiləyir. Bunun bir neçə səbəbi var. Birincisi, Cənubi Qafqazda təmsil olunmağa, ikincisi isə bu il keçiriləcək prezident seçkiləri ərəfəsində erməni lobbisinin dəstəyini və erməni seçicilərin səsini qazanmağa hesablanıb. Onsuz da ABŞ-də Azərbaycana qarşı sanksiyaların tətbiq edilməsi ilə bağlı çağırış edən qurumların bəyanatlarında ölkəmizlə bağlı həqiqəti əks etdirməyən məlumatlara şahidi olmuşuq. USAİD-ın davranışları ABŞ-nin Azərbaycanla bağlı heç də haqlı mövqe tutmadığını sübut edir”.

Bundan sonrakı mərhələdə baş verəcək proseslərə gəlincə, ekspert hesab edir ki, Donald Tramp yenidən hakimiyyətə gələcəyi təqdirdə yeni administrasiya əvvəlki hakimiyyətin səhvlərini təkrarlamayacaq:

“Düzdür, respublikaçıların hakimiyyəti dövründə Vaşinqtonun Cənubi Qafqazla bağlı xarici siyasətində kəskin dəyişikliklər olmayacaq, amma ən azından Bayden administrasiyası kimi Tramp administrasiyası Azərbaycana qarşı haqsız mövqe sərgiləməyəcək.Doğrudur, ABŞ-nin Cənubi Qafqazla bağlı geostrateji hədəfləri var. ABŞ-də kimin hakimiyyətə gəlməsindən asılı olmayaraq, Vaşinqton öz strateji hədəflərini davam etdirəcək. Çünki ABŞ-nin Avrasiya siyasətində təkcə Cənubi Qafqaz yox, həmçinin Mərkəzi Asiya da xüsusi əhəmiyyət daşıyır. Vaşinqtonun məqsədi Mərkəzi Asiyanı Rusiya və Çinin təsir dairəsindən çıxarmaqdır. Mərkəzi Asiyanın Qərbə yeganə çıxış yolu Cənubi Qafqazdan keçir. Buna görə də Qərblə Rusiya arasında bu region üzərində geosiyasi rəqabət getdikcə şiddətlənir. Trampın hakimiyyəti dövründə də ABŞ-nin xarici siyasətində Cənubi Qafqaz prioritet məsələ olaraq qalacaq. Yalnız müəyyən mənada metodlar dəyişəcək”.

Ekspert əlavə edib ki, ABŞ Cənubi Qafqazda öz maraqlarını həyata keçirmək istəyirsə, Azərbaycanla hesablaşmalıdır:

“Əgər Tramp hakimiyyəti dövründə Azərbaycanın maraqları nəzərə alınacaqsa, o zaman Vaşinqton bu və digər şəkildə regionda öz maraqlarını həyata keçirəcək”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
87
50
turkustan.az

10Mənbələr