AZ

Dünyada hər 11-ci insan aclıqla üzləşib

2023-cü ildə dünyada ac insanların sayı təqribən 733 milyon nəfər təşkil edib ki, bu da Yer kürəsindəki hər 11-ci insan deməkdir.
 
Afrika qitəsində hər 5-ci insan aclıqla üzləşib.
 
Bu məlumatlar BMT Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) və digər humanitar agentliklərin “Dünyada Ərzaq Təhlükəsizliyi və Qidalanmanın Vəziyyəti” (SOFI) illik hesabatında yer alıb.
 
Hesabata görə, qlobal böhran dərinləşdikcə, ac insanların sayı ardıcıl üç ildir ki, yüksək olaraq qalır. 2019-cu ildən bəri qida çatışmazlığı yaşayan insanların sayı təxminən 152 milyon nəfər artıb.
 
2023-cü ildə dünya üzrə təxminən 2,33 milyard insan orta və ya ciddi şəkildə qida çatışmazlığından əziyyət çəkib. Afrikada isə əhalinin yarıdan çoxu (58%) orta və ya ağır qida çatışmazlığı şəraitində yaşayır.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
72
16
moderator.az

10Mənbələr