AZ

BMT: 582 milyon insan ölümcül aclıqla üzləşəcək

Birləşmiş Millətlər Təşkilatı Qida Təhlükəsizliyi və Qidalanma üzrə illik hesabatını dərc edib.

Bakupost.az xarici KİV-ə istinadən xəbər verir ki, hesabatda ərzaq təhlükəsizliyinin son 4 ildə həddən artıq pisləşdiyi açıqlanıb.

Hesabata görə, 2030-cu ilə qədər dünyada aclığın aradan qaldırılması həlli olduqca çətin həddə çatacaq.

Həmçinin qeyd edilib ki, son 4 ildə dünyada bu problemin çözülməsi yolunda müsbətə doğru dəyişiklik olmayıb. Dünyada aclıq həddinin getdikcə artmasının başlıca səbəbi kimi isə regional müharibələr göstərilib.

İllik hesabata görə, müharibələr, iqlim dəyişikliyi və iqtisadi böhranların təsirləri səbəbindən ötən ildən bu yana təxminən 733 milyon insan aclıq çəkiir.

O da qeyd edilir ki, dünyada köklü dəyişiklik olmasa, yaxın onillikdə daha 582 milyon insan ölümcül aclıqla üzləşəcək. Hazırda dünyada hər 11 nəfərdən biri, Afrikada isə hər beş nəfərdən biri ölümcül aclıq vəziyyətindədir.

Hesabatda aclığın daha bir səbəbi kimi gəlir bərabərsizliy göstərilir. Eləcə də, qeyd edilib ki, Ukrayna ilə Rusiya arasındakı müharibə Avropanın taxıl anbarı olan Ukraynanın kənd təsərrüfatını da yarrsız hala salıb.

"Worldvision Humanitar Yardım Təşkilatı" Sudanda 8,6 milyon, Somalidə isə 1 milyon insanın aclıq həddində olduğunu açıqlayıb.

Hesabata görə, Qəzzada 495 min fələstinli ölüm aclığı ilə üz-üzədir. Yaxın aylarda bu rəqəmin 1,1 milyona yüksələcəyi gözlənilir.

Vasif Əlihüseyn, BakuPost
Seçilən
162
16
bakupost.az

10Mənbələr