AZ

Özbəkistan Paris Olimpiadasında ilk qızıl medalını qazanıb

Özbəkistan

Bakı, 29 iyul, AZƏRTAC

Bazar günü, iyulun 28-də Özbəkistandan olan cüdoçu Diyora Keldiyorova Parisdə keçirilən 2024-cü il Olimpiya Oyunlarında 52 kiloqram çəki dərəcəsində qızıl medal qazanıb.

AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, o, Özbəkistandan cüdo üzrə ilk Olimpiya çempionu, eləcə də Yay Olimpiya Oyunlarında qızıl medala layiq görülən ilk özbək idmançısı olub.

Parisdə keçirilən Yay Olimpiya Oyunlarında 26 yaşlı Diyora Keldiyorovanın püşkatma zamanı qarşılaşacağı rəqibə həsəd aparmaq çətin idi. Artıq 1/8 final mərhələsindəki ilk döyüşdə o, Tokio Oyunlarının Olimpiya çempionu, dördqat dünya çempionu və 2019-cu ildən bəri böyük turnirlərdə məğlubiyyətə uğramayan idmançı Uta Abe ilə qarşılaşmalı olub.

Yapon qadın ilk hərəkəti yerinə yetirdi, lakin döyüşün saniyəölçəni 3 dəqiqə 4 saniyə geri saydığı anda Keldiyorova məşhur rəqibini təəccübləndirə bildi və ildırım sürəti ilə yerinə yetirdiyi fənd ona mütləq qələbə qazandırdı.

Sonra Özbəkistanlı cüdoçu 1/4 finalda almaniyalı Maşa Ballhausla çətin görüş keçirdi və o, bu görüşdə də qalib gəldi. Yarımfinalda isə fransalı Amandine Buşara qarşı görüşdə hər şeyi Keldiyorovanın bir uğurlu fəndi həll etdi.

Finalda Özbəkistan idmançısı digər Tokio 2020 Olimpiya Oyunlarının çempionu Distriya Krasniqi ilə mübarizə aparsa da, texniki ustalıq yenidən Diyoraya çoxdan gözlənilən qələbəni və bununla da 2024-cü il Paris Olimpiadasının qızılını gətirdi.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
83
50
azertag.az

10Mənbələr