AZ

Özbək qardaşların böyük triumfu - Olimpiadada 5 qızıl medal qazanıblar

Dünən axşam Özbəkistan boksçuları 2024-cü il Olimpiadasında daha iki qızıl medal qazanıblar.

Musavat.com Özbəkistan mediasında istinadla xəbər verir ki, boksçular Əsədxudja Muydinxudjayev və Lazizbek Mullojonov Özbəkistan yığmasının xəzinəsinə daha iki qızıl medal əlavə ediblər. Bununla da Özbəkistan ölkələrin sıralamasında 14-cü pillədə qərarlaşıb.

Məlum olduğu kimi, dünən Əsədxudja Muidinxudjayev (-71 kq) final döyüşündə meksikalı Marko Alvaresə qalib, Lazizbek Mullojonov (-92 kq) isə Azərbaycanın milli komandasında çıxış edən kubalı Loren Alfonso Dominqesi məğlub edib.

Bu münasibətlə Özbəkistanın Milli Olimpiya Komitəsinin yaydığı açıqlamada bildirilir: “Paris 2024 Yay Olimpiya Oyunlarının bitməməsinə baxmayaraq, Özbəkistan nümayəndə heyəti 5 qızıl və 3 bürünc medal qazanaraq medalların keyfiyyətində ən yaxşı nəticəsini yeniləyə bildi. Qarşıda hələ 3 yerli idmançının, eləcə də yarışma sırasını gözləyən bir sıra idmançıların iştirakı ilə final yarışları var”.

Xatırladaq ki, iyulun 29-da cüdoçu Diyora Keldiyorova finalda kosovalı Distria Krasniqi məğlub edərək Özbəkistana 2024-cü il Olimpiya Oyunlarında ilk qızıl medalı qazandırıb. Taekvondoçu Uluqbek Rəşitov özbək qardaşlara ikinci qızılı medalı gətirib.

Avqustun 9-da Olimpiadanın final döyüşündə özbək boksçu Hasanboy Dusmatov Fransadan olan rəqibinə qalib gələrək qızıl medal qazanıb.

Musavat.com

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
49
50
musavat.com

10Mənbələr