AZ

Bu gün medal sayımız artacaq: Dominqesin sayəsində…

Bu gün Paris Yay Olimpiya Oyunlarında daha 34 dəst medal sahibini tapacaq.

Azərbaycan millisi üç növdə təmsil olunacaq. Boks, güləş və bədii gimnastikada medal ümidlərimiz mübarizə aparacaq.

İlk olaraq bədii gimnastika üzrə qrup hərəkətləri komandamız çıxış edəcək. Zeynəb Hümmətova, Darya Sorokina, Ləman Əlimuradova, Güllü Ağalarzadə və Yelizaveta Luzandan ibarət heyət halqalar (12:00) və lentlə (13:10) bacarıqlarını nümayiş etdirəcəklər.

Güləşçilərimizdən Turan Bayramov (74 kq) və Giorgi Meşvildişvili (125 kq) xalça üzərinə çıxacaqlar. Bundan əlavə, boksçu Alfonso Dominqes (92 kq) final qarşılaşmasını keçirəcək. O, qızıl medal uğrunda görüşdə Özbəkistan təmsilçisi Lazizbek Mullojonovun müqavimətini qırmağa çalışacaq. Döyüş avqustun 9-dan 10-na keçən gecə, saat 00:34-ə təyin edilib.

12:00. Bədii gimnastika, qrup hərəkətləri

Təsnifat mərhələsi, halqalar

Zeynəb Hümmətova, Ləman Əlimuradova, Darya Sorokina, Güllü Ağalarzadə, Yelizaveta Luzan

13:16. Bədii gimnastika, qrup hərəkətləri

Təsnifat mərhələsi, lent və top

Zeynəb Hümmətova, Ləman Əlimuradova, Darya Sorokina, Güllü Ağalarzadə, Yelizaveta Luzan

13:30. Sərbəst güləş, 74 kq

1/8 final

Turan Bayramov

13:30. Sərbəst güləş, 125 kq

1/8 final

Giorgi Meşvildişvili

00:34. Boks, 92 kq

Final

Alfonso Dominqes – Lazizbek Mullojonov (Özbəkistan)

İndiyədək Cüdoçular Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev (100 kq) olimpiya çempionu olublar. Taekvondoçu Qaşım Maqomedov (58 kq) gümüş mükafat qazanıb. Yunan-Roma güləşçimiz Həsrət Cəfərov (67 kq) bürünc medala sahib çıxıb. Boksçu Alfonso Dominqes (92 kq) isə finala yüksəlməklə ən azı gümüş medalı təmin edib.

Azərbaycan medal sıralamasında 24-cü pillədə qərarlaşıb. Dominqes (92 kq) ən azı gümüş mükafatı təmin edib. O, mübarizəyə davam etdiyi üçün medal cədvəldə göstərilməyib.

Ukrayna (3 qızıl, 3 gümüş, 4 bürünc) 15-ci, İran (2 qızıl, 2 gümüş, 2 bürünc) 21-ci, Gürcüstan (1 qızıl, 2 gümüş, 1 bürünc) 35-ci, qardaş ölkə Türkiyə (2 gümüş, 3 bürünc) 60-cı, Ermənistan (2 gümüş, 1 bürünc) 62-ci sıradadır.

İlk “üçlük”də ABŞ (30 qızıl, 38 gümüş, 35 bürünc), Çin (29 qızıl, 25 gümüş, 19 bürünc) və Avstraliya (18 qızıl, 14 gümüş və 13 bürünc) yer alıblar.

Hələlik 85 ölkə mükafat əldə edə bilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
76
50
futbolinfo.az

10Mənbələr