AZ

İsraillə müharibə astanasında olan Hizbullah dəqiq idarə olunan raketlər yerləşdirməyə başladı

Livandakı Hizbullahın İsrailə raket hücumu nəticəsində 12 israillini öldürməsindən sonra bölgədə gərginlik hər keçən dəqiqə artır. Qanlı hücumdan sonra İsrailin baş naziri Benyamin Netanyahunun “Cavabımız güclü olacaq” sözləri ilə hədələdiyi Hizbullahdan əks addım gəlib. Təşkilat İsrail sərhədinə ağıllı, dəqiq idarə olunan raketlər yerləşdirməyə başlayıb. Hizbullah rəsmiləri də İsraillə genişmiqyaslı müharibə istəmədiklərini, lakin “müharibə başlasa, qeyri-məhdud döyüşəcəklərini” bildiriblər.

Turkustan.az xəbər verir ki, İsraillə artan gərginlikdən sonra Livanda Hizbullahın ağıllı, dəqiq idarə olunan raketlər yerləşdirməyə başladığı bildirilib.

Adı açıqlanmayan Hizbullah rəsmisi verdiyi açıqlamada Hizbullahın rəftarının dəyişmədiyini və İsraillə genişmiqyaslı müharibə istəmədiklərini, lakin “müharibə başlayarsa, sərhədsiz döyüşəcəklərini” bildirib.

Rəsmi Hizbullahın bazar günündən etibarən ehtiyac olduğu halda istifadə etmək üçün bəzi ağıllı dəqiq idarə olunan raketləri yerləşdirməyə başladığını bildirib. Digər tərəfdən; İsrail ordusunun Livana mümkün hücumu təhlükəsi ilə əlaqədar Beyrut Rafik Həriri Beynəlxalq Hava Limanına və oradan uçuşlar dayandırılıb. Hava limanının internet saytında verilən uçuş məlumatlarına görə, Beyrutdan dünyanın müxtəlif nöqtələrinə və oradan bütün uçuşlar “ləğv edildi” və ya “təxirə salındı” kimi yazılıb.

İsrailin işğalı altında olan Colan Təpələrindəki Majdel Şəms qəsəbəsində futbol meydançasına atılan raket nəticəsində aralarında uşaqların da olduğu 12 nəfərin həyatını itirdiyi, 17-si ağır olmaqla 35 nəfərin yaralandığı açıqlanıb. İsrail ordusu "əllərində olan kəşfiyyat məlumatları və onların qiymətləndirməsi nəticəsində" raketin Livanın cənubundakı Şeba şəhərinin şimalından atıldığını bəyan edərək, Livan Hizbullahının məsuliyyət daşıdığını açıqlayıb.

Eltac Zülfüqaroğlu/Turkustan.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
115
50
turkustan.az

10Mənbələr