AZ

Meta Texasda biometrik məlumatlarla bağlı 1,4 milyard dollar ödəyəcək

Bildirilib ki, “Facebook”, “Instagram” və “WhatsApp”ın sahibi Meta üz tanıma texnologiyasından istifadə edərək icazəsiz biometrik məlumat toplamaqda ittiham olunduğu Texas ştatında bu işdə 1,4 milyard dollar ödəməyə razılaşıb.

Texas Baş prokuroru Ken Paxton tərəfindən edilən açıqlamada Meta ilə "şirkətin milyonlarla Teksaslının şəxsi biometrik məlumatlarının icazəsiz toplanmasını və istifadəsini dayandırmaq üçün" 1,4 milyard dollarlıq razılaşma əldə edildiyi bildirilib.

Açıqlamada qeyd edilib ki, bu, Texasın "Biometrik İdentifikatorların Toplanması və ya İstifadəsi Qanunu" çərçivəsində açılan ilk iddia və əldə edilən ilk razılaşmadır və Teksaslıların məxfilik hüquqlarını pozan təcrübələrlə məşğul olan bütün şirkətlərə xəbərdarlıq rolunu oynayır.

Açıqlamada Meta-nın 2011-ci ildə "Tag Suggestions" adlı xüsusiyyəti təqdim etdiyi xatırladılıb və bu xüsusiyyətin necə işlədiyini izah etmədən bütün Teksaslılar üçün avtomatik olaraq aktiv edildiyi ifadə edilib.

Açıqlamada Metanın 10 ildən artıqdır Facebook-a yüklədiyi fotolarda demək olar ki, hər sifətə üz tanıma proqramı tətbiq etdiyi və insanların üz həndəsəsinin qeydə alındığı bildirilib.

Texas Baş prokuroru Paxton 2022-ci ilin fevralında Meta-ya qarşı, milyonlarla Teksaslının biometrik məlumatlarını onların razılığı olmadan qeyri-qanuni şəkildə topladığı səbəbi ilə məhkəməyə müraciət etdi.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
97
23
kommersant.az

10Mənbələr