AZ

"Facebook" Texas ştatına 1.4 milyard dollar ödəyəcək

ABŞ-nin "Meta" şirkəti Texas ştatına 1.4 milyard dollar cərimə ödəməyə razılaşıb.

seher.media championat.com-a istinadən xəbər verir ki, yerli məmurlar hələ 2022-ci ildə korporasiyaya qarşı iddia qaldıraraq, "Facebook" sosial şəbəkəsini şəxsi məlumatların mühafizəsi haqqında müqaviləni pozmaqda ittiham ediblər.

Populyar sosial şəbəkə 2011-ci ildən bəri Texas sakinlərinin milyonlarla biometrik məlumatlarını onların razılığı olmadan qanunsuz olaraq toplayır.

Məhkəmənin nəticəsi olaraq, "Meta" biometrik identifikatorların toplanması və ya istifadəsi ilə bağlı Texas qanununun pozulması səbəbindən təxminən 1.4 milyard dollar ödəyəcək. Vəsaitlər növbəti beş il ərzində dövlətin hesabına daxil olacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
76
2
seher.media

10Mənbələr