AZ

İntihara meyil edənlərin dərman içməsinin səbəbi... -Psixoloqdan ŞOK FAKT

2024-cü il iyul ayı ərzində Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinə zəhərlənmə səbəbilə 74 nəfər qəbul edilib.

Bu barədə Medicina.az -a Mərkəzin Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, şöbəyə qəbul edilən xəstələrdən 32 nəfər dərmandan, 22-si sirkə turşusundan, ikisi kimyəvi maddələrdən, ikisi fosfor üzvi birləşmələrdən, bir nəfər qidadan zəhərlənən şəxslərdir.

Həmçinin yeddi nəfər allergik reaksiya, altı nəfər ilan sancması, iki nəfər anaflaksiya səbəbilə şöbəyə yerləşdirilib.

"Həkimlərin səylərinə baxmayaraq, zəhərlənən şəxslərdən beşi (dörd nəfər kişi cinsli, bir nəfər qadın cinsli) dünyasını dəyişib. Ölüm halları sirkə turşusu zəhərlənməsindən qeydə alınıb", - məlumatda qeyd edilib.

Mövzuya münasibət bildirən psixoloq-konsultant Zeynəb Əyyubova “Sherg.az”a bildirib ki, intihara meyil edənlərin dərman içməsinin səbəbi həm ölmək istəməmələri, həm də həyatlarında nəyisə dəyişmək arzularıdır:

“Nəyisə dəyişmək istəyən insanın intihar məqamında ilk işi dərman içmək olur. Təəssüf ki, hər kəs dərmanın dərmanın tərkibini bilmədiyinə görə bəzən ölüm və zəhərlənmə halları baş verir. İntihara cəhdin isə bir neçə səbəbi var. Birincisi genetik faktordur. Yəni nəsildə, ailədə intihar baş veribsə, həmin insanlar bu işə əl atırlar. Həmçinin bu tip videoları çox izləməkdən və ya uşaqlıqdan gələn travmalardan da qaynaqlana bilər”.
Seçilən
126
31
sherg.az

10Mənbələr