AZ

ABŞ-da sifilis 80 aiz artıb - İlk sürətli testin satışına icazə verildi

Reseptsiz satılacaq sifilis üçün ilk sürətli testlərin ABŞ-da satışına icazə verilib. Buna səbəb ölkədə yoluxma hallarının 80% artması olur. 

Qaynarinfo xəbər veruir ki, bu barədə Amerika mediası məlumat yayıb.

"Bu gün Qida və Dərman İdarəsi "NOWDiagnostics"ə sifilis üçün sürətli testini satmaq üçün icazə verdi", deyə Qida və Dərman İdarəsi bildirib.

Tənzimləyici əlavə edib ki, bu, insan qanında sifilisin törədicisi olan Treponema pallidum-a qarşı anticisimləri aşkar etmək üçün evdə ilk və reseptsiz testdir.

Qurum bildirib ki, diaqnozu dəqiq müəyyən etmək üçün sürətli test kifayət etməyəcək, bunun üçün əlavə testlər lazımdır.

Tənzimləyicinin məlumatına görə, qərar 2018-ci ildən 2022-ci ilə qədər - beş il ərzində 80% artan sifilis hallarının artımını azaldacaq. Hazırda müəyyən edilmiş halların sayı 203,5 min nəfərdir.

Qeyd edək ki, sifilis xroniki yoluxucu dəri zöhrəvi xəstəlik olub, gedişatında dərinin, selikli qişaların, daxili orqanların, sümük və sinir sisteminin zədələnməsi müşahidə olunur. Xəstəliyin törədicisi solğun treponema (treponema pallidum) yarımnövündən olan spiraxetalardır. 

Aydın

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
86
31
qaynarinfo.az

10Mənbələr