Süni intellektlə idarə olunan robot stomatoloq dünyada ilk insan üzərində əməliyyat həyata keçirib. Əmliyyat müddəti 15 dəqiqə təşkil edib . Bu insan stomatoloq tərəfindən keçirilən əməliyyatdan səkkiz dəfə sürətlidir.
Robot Bostonda yerləşən Perceptive şirkəti tərəfindən hazırlanıb. O, optik koqerens tomoqrafiyadan (OKT) istifadə edərək, dişlər, diş ətləri və hətta dişin səthinin altında olan sinirlər də daxil olmaqla ağız boşluğunun ətraflı 3D modelini yaradan əl və 3D skanerindən istifadə edir.
Sistem əməliyyatı tamamilə planlaşdırır və müstəqil şəkildə həyata keçirir.
Şirkət iddia edir ki, robot "ən qeyri-sabit şəraitdə belə” təhlükəsiz işləyə bilir və bütün sınaqlar uğurla keçib.
Buna baxmayaraq, belə robotun istifadəsi hələ ABŞ-ın tənzimləyici orqanları tərəfindən təsdiqlənməyib və Perceptive onun bazara təqdim edilməsi üçün konkret tarixlər göstərmir.
N.Təbrizli
www.anews.az