AZ

Ukrayna "seçilmiş defolt" elan edilib

"Standard & Poor's" (S&P) Ukraynanın reytinqini "seçilmiş defolt"a endirib.

 

Modern.az xəbər verir ki, bu barədə S&P-nin avqustun 2-də yaydığı məlumatda deyilir.

 

Səbəb Ukrayna hökumətinin ödəniş vaxtı olan 2024-cü il avqustun 1-də 2026-cı il avrobond üzrə kupon gəlirini ödəməməsi və S&P-nin müqavilədə nəzərdə tutulmuş güzəşt müddəti ərzində 10 iş günü ərzində ödəniş gözləməməsi olub.

 

Agentlik 2026-cı il üçün avrobond emissiyası üzrə reytinqləri “D” səviyyəsinə endirib (defolt). Ukraynanın qalan prioritet təminatsız borc öhdəlikləri üzrə agentlik reytinqi “CC” səviyyəsində təsdiqləyib (yəni emitent borc öhdəlikləri üzrə ödənişlərdə ciddi çətinliklər yaşayır).

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
137
50
modern.az

10Mənbələr