AZ

”Hizbullah” İsrailin bazasını VURDU

Livandakı ”Hizbullah” hərəkatı ilə İsrail arasındakı gərginlik davam edir.

Vətəninfo.az xəbər verir ki, ”Hizbullah” hərəkatı İsrailin şimalındakı bazaya ”Katyuşa” raketləri ilə hücum edib. İsrailin Livanın cənubuna endirdiyi hava zərbəsi nəticəsində isə ”Hizbullah” hərəkatının üç üzvü ölüb.
İsrailin oktyabrın 8-dən bəri Livanın cənubuna təşkil etdiyi hücumlarda öldürülən ”Hizbullah” üzvlərinin sayı 407-yə yüksəlib.
Qeyd edək ki, İsrail yenidən Livanın “Al Mayadeen” kanalının öz ərazisində yayımını qadağan edib.

İsrail mətbuat orqanlarının yaydığı məlumata görə, mərkəzi Livanda yerləşən kanalın yayımlarının dayandırılması və avadanlıqlarının ələ keçirilməsi təklifi Təl-Əviv tərəfindən qəbul edilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
92
9
veteninfo.az

10Mənbələr