AZ

Hizbullah İsrailin sərhəd obyektlərinə hücumlar təşkil etdi

Livandakı Hizbullah Hərəkatı İsrailin şimalında qeyri-qanuni Şamir qəsəbəsi və Khirbet Maar hərbi bazasına hücum təşkil etdiyini açıqlayıb.

Turkustan.az Hizbullah tərəfindən edilən yazılı açıqlamada yeni qeyri-qanuni qəsəbə Şamirin İsraildəki hədəflər arasında yer aldığı və ilk dəfə Katyuşa raketi ilə hədəf alındığı bildirilib.

Sözügedən hücumun İsrailin Mercayun başda olmaqla Livanın cənubundakı kənd və qəsəbələrə etdiyi hücumlara cavab olaraq həyata keçirildiyi qeyd edilib.

Hizbullah tərəfindən edilən digər açıqlamada isə İsrailin şimalındakı Khirbet Maar hərbi bazasına kamikadze pilotsuz uçuş aparatları ilə hücum təşkil edildiyi bildirilib.

Bəyanatda bildirilib ki, hücum “tam dəqiqliklə” düşmən mövqelərini hədəf alıb.

İsrailin “Kanal 12” televiziyası Livandan atılan raketin Şamir qəsəbəsində açıq əraziyə düşərək orada yanğına səbəb olduğunu bildirib.

Livan Səhiyyə Nazirliyindən verilən yazılı açıqlamada İsrail ordusunun Livanın cənubundakı Əl-Xiyam qəsəbəsinə fosfor güllələri ilə hücum etdiyi bildirilib.

Qeyd olunub ki, hücum nəticəsində fosfor qazından təsirlənən 2 nəfər boğulma təhlükəsi ilə üzləşib və Mercayun Dövlət Xəstəxanasına aparılıb.

Eltac Zülfüqaroğlu/Turkustan.az

Seçilən
101
1
turkustan.az

10Mənbələr