AZ

''Hizbullah'' İsrailin mövqelərini atəşə tutub

Livandakı ''Hizbullah'' hərəkatı İsrailin şimalındakı qeyri-qanuni Şamir qəsəbəsi və ''Khirbet Maar'' hərbi bazasına hücum təşkil etdiyini açıqlayıb.
''Hizbullah'' hərəkatının yaydığı bəyanatda qeyri-qanuni Şamir qəsəbəsinin ilk dəfə ''Katyuşa'' raketi ilə hədəf alındığı bildirilib.
Sözügedən hücumun İsrailin Mercayun başda olmaqla Livanın cənubundakı kənd və qəsəbələrə etdiyi hücumlara cavab olaraq həyata keçirildiyi qeyd edilib.
''Hizbullah''ın yaydığı digər bəyanatda  isə İsrailin şimalındakı ''Khirbet Maar'' hərbi bazasına kamikadze pilotsuz uçuş aparatları ilə hücum təşkil edildiyi bildirilib.
İsrailin “Kanal 12” telekanalı Livandan atılan raketin Şamir qəsəbəsindəki boş əraziyə düşərək orada yanğına səbəb olduğunu bildirib.
Qeyd edək ki, İsrail Livanın cənubuna hücum təşkil etməyə davam edir.
Livan Səhiyyə Nazirliyindən verilən açıqlamada İsrail ordusunun Livanın cənubundakı Əl-Xiyam qəsəbəsinə fosfor bombası ilə hücum etdiyi bildirilib.
Hücum nəticəsində fosfor qazından təsirlənən 2 nəfər boğulma təhlükəsi ilə üzləşib və Mercayun Dövlət Xəstəxanasına aparılıb.



Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
67
1
trt.net.tr

10Mənbələr