AZ

Qəzzada can itkisi 39 min 965-ə yüksəldi

Qəzzada Fələstin Səhiyyə Nazirliyindən verilən açıqlamada İsrailin Qəzza zolağına 313 gündür hücumları ilə bağlı məlumat verilib.

News24.az TRT-yə istinadən xəbər verir ki, açıqlamada İsrail ordusunun son 24 saatda Qəzzanın müxtəlif bölgələrinə təşkil etdiyi hücumlarda 2 qırğın törətdiyi, bu hücumlarda daha 36 fələstinlinin həyatını itirdiyi, 54 fələstinlinin isə yaralandığı bildirilib.

İsrailin 7 oktyabrdan bəri Qəzza zolağına təşkil etdiyi hücumlarda ölənlərin sayı 39 min 965-ə, yaralıların sayı isə 92 min 294-ə yüksəlib.

Qeyd edək ki, dağıntılar altında və yol kənarında hələ də ölənlərin olduğu, lakin İsrail qüvvələrinin maneəsi üzündən tibb qrupları və mülki müdafiə işçilərinin cəsədlərə çata bilmədiyi vurğulanıb.

Günel Məlikzadə

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
56
2
news24.az

7Mənbələr