AZ

Qəzzada ölənlərin sayı 39 min 965-əÇATDI

İsrail-Fələstin münaqişəsinin kəskinləşməsindən bəri Qəzza zolağında can itkisi 39 min 965-ə yüksəlib.

Redaktor.az xəbər verir ki, bu barədə anklavın Səhiyyə Nazirliyi bildirib.

Açıqlamada İsrail ordusunun son 24 saatda Qəzzanın müxtəlif bölgələrinə təşkil etdiyi hücumlarda 2 qırğın törətdiyi, bu hücumlarda daha 36 fələstinlinin həyatını itirdiyi, 54 fələstinlinin isə yaralandığı bildirilib.

Nəticədə ölənlərin sayı 39 min 965-ə, yaralıların sayı isə 92 min 294-ə yüksəlib.

İsrail qüvvələrinin maneəsi üzündən tibb qrupları mülki müdafiə işçiləri dağıntılar altında və yol kənarında qalan cəsədlərə çata bilmir.

Türkan İSGƏNDƏRLİ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
50
2
redaktor.az

7Mənbələr