AZ

“Rusiya Türkiyəyə uduzdu, bu, artıq mümkün deyil” - Ovannisyan

Rusiya, Çin və Qərbin bölgədəki strateji tərəfdaşı Ermənistan yox, Azərbaycandır.

Teleqraf.com xəbər verir ki, bunu erməni politoloq Vahe Ovannisyan deyib.

“Biz Rusiya ilə münasibətlərimizi süni şəkildə və kənar qüvvələrin sifarişi ilə pisləşdirdiyimiz halda, Azərbaycan bunu dərinləşdirir. Biz özümüzü aldadaraq, Qərblə münasibətlərimizi gücləndiririk, guya Avropaya gedirik, Azərbaycan Avropa üçün ən vacib tərəfdaşa çevrilir. Biz Çinlə guya yaxşı münasibətlərimizdən danışarkən, Azərbaycan Çinlə strateji tərəfdaşlıq haqqında memorandum imzalayır. Gürcüstana da ciddi münasibət var”, - ekspert bildirib.

Ovannisyan Rusiyanın artıq Cənubi Qafqazda əvvəlki gücünün qalmadığını da söyləyib:

“Rusiya üçün Qarabağ müharibəsindən əvvəl sahib olduğu mövqeləri geri qaytarmaq çox çətin olacaq. Rusiya çox gözəl başa düşür ki, bu, mümkün deyil. Türkiyə artıq Cənubi Qafqazdadır. Ortada bir də Türkiyə-Azərbaycan müttəfiqliyini tamam başqa keyfiyyətə qaldıran Şuşa bəyannaməsi var. Qarabağ məsələsi də yoxdur və Azərbaycana bir çox təsir rıçaqları itirilib. İndi Rusiyanın özü Türkiyə və Azərbaycanın logistika və tranzit imkanlarından asılıdır”.


Müəllif: Mənsur Rəğbətoğlu
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
49
50
teleqraf.com

10Mənbələr