AZ

Azərbaycanda yeni yaradılan milliyə baş məşqçi və 2 köməkçi təyin edildi

7-10 Oktyabr tarixlərində Xorvatiyada U-23 yığmaları arasında minifutbol üzrə dünya çempionatı (DÇ) keçiriləcək.

DÇ-də Azərbaycanla yanaşı, Xorvatiya, Kolumbiya, Yaponiya, İngiltərə, Çexiya, Slovakiya, Serbiya, Misir, Hindistan, İraq, Mavritaniya iştirak edəcək.

Ölkəmizdə yeni yaradılan komandanı kimin çalışdıracağı artıq bizə məlumdur. Federasiya rəhbərliyi yığmanı «Real Bakı»nın baş məşqçisi Rəcəb Fərəczadəyə tapşırıb.

Natiq Kərimi və Tural Nərimanov ona köməkçi təyin edilib. Onlarla 1 illik müqavilə imzalanıb.

SPORTİNFQ.AZ

Seçilən
138
50
sportinfo.az

10Mənbələr