AZ

Muxtar Babayev Avstraliyanın energetika naziri ilə COP29-da iqlim maliyyələşdirilməsini müzakirə edib

Bakı. Trend:

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının TərəflərKonfransının 29-cu sessiyasının (COP29) prezidenti Muxtar BabayevAvstraliyanın iqlim dəyişikliyi və energetika naziri Kris Bouen iləəməkdaşlıq məsələlərini müzakirə edib.

Trend xəbər verir ki, bu barədə COP29-un “X” sosialşəbəkəsindəki paylaşımda bildirilib.

“Biz Avstraliyada COP29 ərəfəsində və ondan sonrakı dövrdə iqlimdəyişikliyi ilə qlobal mübarizə səylərinin müzakirəsinə həsrolunmuş çox məhsuldar görüş keçirdik.

Bərpa olunan enerji mənbələri, emissiyaların azaldılması vəekoloji təmiz sahələrə investisiyalarla bağlı mühüm fikirmübadiləsi aparılıb. Həmçinin noyabrda COP29-da iqlimmaliyyələşdirilməsinin əhəmiyyəti də müzakirə olunub.

Maliyyələşdirmə qlobal istiləşməni 1,5C səviyyəsində saxlamaq vəirimiqyaslı və təxirəsalınmaz iqlim böhranı problemini həll etməküçün həlledici rol oynayır", - paylaşımda qeyd olunub.

Xatırladaq ki, BMT-nin İqlim Dəyişikliyi üzrə ÇərçivəKonvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyası builin noyabrında Azərbaycanda keçiriləcək. Bununla bağlı qərar ötənil dekabrın 11-də Dubayda keçirilən COP28 plenar iclasında qəbuledilib. İki həftə ərzində dünyanın mərkəzinə çevrilən Bakı 70-80minə yaxın xarici qonaq qəbul edəcək.

Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə ÇərçivəKonvensiyası 1992-ci ilin iyununda Rio-de-Janeyroda keçirilən YerSammitində insanın iqlim sisteminə təhlükəli müdaxiləsininqarşısını almaq üçün imzalanmış sazişdir. "COP" (Conference ofParties) abbreviaturası İqlim Dəyişikliyi üzrə ÇərçivəKonvensiyasının icrasına nəzarət edən ən yüksək qanunverici orqanolan "Tərəflərin Konfransı" mənasını verir.

Konvensiyada 198 ölkə iştirak edir. Tərəflər başqa cürrazılaşmırsa, COP hər il keçirilir. İlk COP tədbiri 1995-ci ilinmartında Berlində baş tutdu və onun katibliyi Bonnda yerləşir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
58
50
az.trend.az

10Mənbələr