AZ

Portağalın qabığı da faydalı imiş - Ekspert rəyi

"Bəzi insanlar portağalın əvəzinə onun suyundan istifadə etməyi üstün tuturlar. Lakin bu, yanlış addımdır". 

Bu sözləri Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova Hit.az-a açıqlamasında deyib.

O vurğulayıb ki, portağalın tərkibində C vitamininin dəyəri çox yüksək olur:

"İnsanın gün ərzində 1-2 portağaldan istifadə etməsi normal hesab olunur. Lakin 1 stəkan portağal suyu içdikdə təxminən 4 ədəd portağalın tərkibindəki qədər C vitamini qəbul etmiş olursunuz. Bu da öz növbəsində bir çox sağlamlıq problemlərinə gətirib çıxara bilər. Ona görə də portağalın suyunun əvəzinə elə meyvənin özünü yemək daha yaxşıdır".

357555

Ekspert bildirib ki, portağalın özü kimi qabığı da faydalıdır:

"Onun qabığında A, C, B5, B6 vitaminləri var. Həmçinin, həmin qabığın tərkibində riboflamin, tiamin, niasin və fol turşusu kimi faydalı maddələr var. Buna görə portağalın qabığını da yemək olar. Lakin bəzi insanlar portağalın qabığını acı olduğu üçün yeyə bilmirlər. 

Buna baxmayaraq, sözügedən qabıqdan salatlarda və yaxud da hansısa şirniyyatların hazırlanmasında istifadə olunur. Hətta bu hallarda belə portağalın qabığındakı faydaları olduğu kimi qalır".

Həmsöhbətimiz daha bir maraqlı məqamı diqqətə çatdırıb:

"Portağal və qabığı ilə arasında olan ağ hissə belə liflərlə zəngindir. Yəni onu da yemək olar. Hətta onun özü belə bir çox sağlamlıq problemlərini aradan qaldıra bilir. Göründüyü kimi portağalın qabığı da özü qədər faydalıdır". 

Mütəxəssis qeyd edib ki, portağalın özü və ya qabığını yemək bir çox sağlamlıq problemlərinə müsbət təsir göstərir:

"Həm ürək-damar xəstəlikləri və şəkərli diabet zamanı, həm həzm problemi olan insanlar və çəki atmaq istəyən insanlar, həm də qlisemik indeksi yüksək olan qidalardan əziyyət çəkən şəxslərə portağaldan istifadə etmək tövsiyə olunur. 

Bundan başqa, portağalın tərkibində A vitaminin çox olması onun mərkəzi beyin sisteminin və görmə qabiliyyətinin yaxşılaşdırılmasına gətirib çıxarır".

Pərviz

Seçilən
192
11
hit.az

7Mənbələr