AZ

Azərbaycan yığmalarından bir heç-heçə, bir qələbə

Budapeştdə keçirilən 45-ci Ümümdünya Şahmat Olimpiadasında 9-cu tur başa çatıb.

Futbolpress.az xəbər verir ki, kişilərdən ibarət komandamız bu tur Yunanıstanla bərabərə qalıb. Aydın Süleymanlı məğlub olduğu halda Rauf Məmmədov rəqibi üzərində qələbə qazanıb. Şəhriyar Məmmədyarovla Məhəmməd Muradlı partiyanı heç-heçə başa vurub.

Qadınlardan ibarət millimiz isə İsveçrəni məğlub edib 4-0. Şahmatçılarımız bütün lövhələrdə qələbə qazanıblar.

Qeyd edək ki, olimpiadanın 9-cu turunda ilk gedişi ölkəmizin Macarıstandakı səfiri Tahir Tağızadə edib.

Seçilən
32
6
futbolpress.az

10Mənbələr