AZ

"Qarabağ" adını növbəti mərhələyə yazdırıb

Qadın həndbolçulardan ibarət “Qarabağ” komandası Avropa kubokunda III mərhələyə yüksəlib.

“İki sahil” xəbər verir ki, II mərhələnin cavab oyununda Lüksemburqun "Differdanj" kollektivi ilə qarşılaşan təmsilçimiz 26:25 hesabı ilə qalib gəlib. İlk matçda da rəqibini 27:24 hesabı ilə üstələyən "Qarabağ" adını növbəti mərhələyə yazdırıb.

Qeyd edək ki, III mərhələnin görüşləri noyabrın 10-16-da keçiriləcək.

Seçilən
33
11
ikisahil.az

10Mənbələr