ABŞ-ın müdafiə naziri Lloyd Ostin NATO-nun baş katibi Mark Rutte ilə telefon danışığında Ukraynaya dəstək olduğunu vurğulayıb.
Turkustan.az xəbər verir ki, ABŞ Müdafiə Nazirliyindən (Pentaqon) verilən yazılı açıqlamaya görə, Ostin NATO-nun baş katibi Rutte ilə telefon danışığı aparıb.
Görüş zamanı Ostin ABŞ-ın NATO üçün prioritetlərini və qarşıdan gələn NATO müdafiə nazirlərinin toplantısını müzakirə edib.
Ostin NATO-nun çəkindirmə və müdafiə səylərini gücləndirməyə, Ukraynaya dəstəyi davam etdirməyə və transatlantik müdafiə sənayesi bazasının gücləndirilməsinə toxunub.
İkili bəyan edib ki, NATO-nun Ukraynaya dəstək səyləri Ukraynanın “gələcək NATO üzvlüyü” üçün körpü yaradacaq.
Ostin və Rutte həmçinin Yaxın Şərqdə davam edən qeyri-sabitliyi və NATO-nun İraqda potensialın gücləndirilməsi missiyasını davam etdirmək əzmində olduqlarını bildiriblər.
Eltac Züflüqaroğlu/Turkustan.az