AZ

Avropa Parlamentinin qərəzli qətnaməsi Azərbaycana qarşı hücumların tərkib hissəsidir – Deputat

Bakı. Trend:

COP29 kimi mötəbər bir tədbirə hazırlıq ərəfəsində ölkəmizəqarşı müxtəlif siyasi dairələrdən edilən hücumlar bizi qarşımızdaduran hədəflərdən yayındırmaq məqsədi daşıyır. Avropa Parlamentininoktyabrın 24-də qəbul etdiyi qərəzli və obyektivlikdən tamamiləuzaq qətnamə də məhz bu hücumların tərkib hissəsisdir.

Trend-in məlumatına görə,bunu deputat Soltan Məmmədov Milli Məclisin bu gün keçiriləniclasında deyib.

Deputat bildirib ki, regionda baş verən proseslər, Azərbaycanınirəli sürdüyü təşəbbüslərin məzmunu göstərir ki, bu gün CənubiQafqazda sülhün təmin olunması üçün bizim ölkəmiz kifayət qədərciddi səy göstərir.

“Təsadüfü deyil ki, COP29 gündəliyinə daxil edilmiş 14 böyüktəşəbbüsdən biri də məhz sülhü, dialoqu və barışığı daha genişşəkildə təbliğ etmək və iqlimlə bağlı fəaliyyət üçün bütün siyasidiqqəti və diplomatik səyləri səfərbər etmək məqsədi daşıyır.Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dəvurğuladığı kimi, biz COP29-u sülh prosesinin nəticəsi kimiqiymətləndiririk. Ona görə də tədbirin gündəliyinə sülh mövzusunundaxil edilməsi təsadüfi deyil.

Azərbaycan dövləti COP29 konfransının ən yüksək səviyyədə təşkiletmək üçün bütün imkanlarını səfərbər edib. Tədbirin məhzAzərbaycanda təşkil olunması ilə bağlı müzakirələrdə biz 198ölkənin yekdil dəstəyini aldıq. Bu bizim ölkəmizə, cənabPrezidentin siyasətinə dünyada olan yüksəık etimadıngöstəricisidir.

Bütün maneələrə, əsassız hücumlara və mənasız ittihamlarabaxmayaraq biz bu mötəbər iclası uğurla təşkil edəcəyimizəəminik.

COP29-a hazırlıq prosesi ilə əlaqədar Azərbaycan bir çoxölkələr, beynəlxalq təşkilatlar və xarici tərəfdaşlarla sıxəməkdaşlıq edir. Bildiyiniz kimi, konfrans çərçivəsindəParlamentlərarası İttifaq tərəfindən xüsusi iclas da təşkilolunacaq. Azərbaycan Milli Məclisi parlament görüşünün yüksəksəviyyədə təşkili ilə bağlı üzərinə düşən bütün məsələləri operativşəkildə həll edir”, - deyə deputat əlavə edib.

O bildirib ki, Azərbaycan COP29-a ev sahibliyi etməklə iqlimdəyişmələrinə qarşı mübarizə kimi mühüm qlobal məsələdə nümunəviliderlik nümayiş etdirir.

“COP29 konfransının regionda ilk dəfə Azərbaycanda təşkilolunması buna ən parlaq sübut kimi qiymətləndirilə bilər. Bizimbaşlıca amalımız bütün dövlətlərin yaşıl, ədalətli, inklüziv vədayanıqlı dünya naminə həmrəyliyinə nail olmaqdır. Azərbaycanevsahibliyi edəcəyi bu tədbirdə inkişaf etmiş və inkişaf etməkdəolan ölkələr arasında körpü yaratmaq əzmindədir.

Qlobal əhəmiyyətli mövzularda beynəlxalq birliyin məsuliyyətliüzvü kimi daim ümumi işə töhfə verməyə çalışan ölkəmizə qarşıhaqsız ittihamlar bizi yolumuzdan döndərə bilməz. Azərbaycan bütüntərəfdaşları ilə münasibətləri kifayət qədər açıq və şəffaf şəkildəqurur. Biz inanırıq ki, Bakıda keçirləcək konfrans iqlimdəyişiklikləri ilə mübarizı tarixində yeni bir səhifə olacaqdır”, -deyə deputat vurğulayıb.

Seçilən
35
3
az.trend.az

6Mənbələr