AZ

Leyen COP29-a gəlmir, cəhənnəmə gəlsin – Fuad Əliyevdən təpki

Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen COP29 -da iştirak etməyəcək. AK qərarı açıqlayıb. Leyen əvvəl Bakıda olub və strateji qaz sənədi imzalanıb. Onun bu dəfəki addımı isə birmənalı qarşılanmayıb. Çünki əvvəlki COP tədbirlərində iştirak edib. Leyenin sədri olduğu Avropa Xalq Partiyası isə Avropa Parlamentində qalib gəlib. Lakin AP bu günlərdə əleyhimizə qətnamə çıxarıb.

Hurriyyet.az Tribunainfo.az-a danışan prezidentliyə keçmiş namizəd, siyasi ekspert Fuad Əliyev Leyenin gəlməməsini böyük problem hesab etmir. Onun sözlərinə görə, AK prezidenti Avropa İttifaqının qərəzini nümayiş etdirib: “Leyen gəlmir, cəhənnəmə gəlsin, onsuz da bu konfrans yüksək səviyyədə keçiriləcək. Üstəlik, Şarl Mişel gəlir. Bizim kiminsə minnətinə ehtiyacımız yoxdur. Bu tədbir BMT-yə aiddir, Bakı ev sahibidir. Sadəcə, erməni təbliğatına qoşulanlar var. Ancaq bu heç nəyi dəyişmir. Azərbaycana mötəbər qonaqlar təşrif buyuracaq, 100-çox hökumət başçısı və ya prezident konfransda iştirak edəcək, 50-60 min qonaq iki həftə Bakıda olacaq”.

F.Əliyevin fikrincə, Avropa Birliyi Azərbaycana səmimi ola bilmir və AK prezidentinin qərarı da bunu sübut edir.

Seçilən
57
50
hurriyyet.az

10Mənbələr