AZ

Dünya çempionu Fərhad Bağırov: "Hakimlər erməninin cığallığına göz yumurdular"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Biz illərdir Dünya Güləş Birliyinin keçirdiyi bu yarışda iştirak edirik. Amma kişilər arasında nəticə əldə edə bilməmişdik. Üçüncülüyümüz var idi, çempionluğumuz isə yox idi. Mən də çempion olmaq ümidləri ilə getmişdim. Şükür Allaha ki, qismət oldu".
Bunu Baku TV-yə müsahibəsində Qazaxıstanın Astana şəhərində keçirilən qrapplinq üzrə dünya çempionatında qızıl medal qazanan idmançımız Fərhad Bağırov deyib.
Böyüklər arasında ilk qızıl medalı qazanan dünya çempionumuz erməni idmançı ilə görüşün çox gərgin keçdiyini söyləyib:
"Birinci görüşdə erməni qrapplinqçi ilə qarşılaşdım. Erməni idmançı titullu idi. Döyüş çox gərgin keçdi. Baş hakimlər onlara üstünlük verirdilər. Bu hallarla artıq bir neçə dəfə qarşılaşmışam. Erməni idmançı cığallıqlar etsə də, qələbə qazana bildim. Dörd görüşdən ikisində xalla, ikisində də vaxtından əvvəl boğucu fənd tətbiq edərək qalib gəldim. Təbii ki, final görüşü də məni incitdi. Xoşbəxtlikdən son döyüşdə də qalibiyyət əldə etdim".
Çox idman növü ilə məşğul olduğunu deyən F.Bağırov son 4 ildə yarışlara məşqçisiz hazırlaşdığını qeyd edib.
"Ən böyük nailiyyətlərim elə son 4 ildə olub. Qrapplinqə marağım davamedici olduğuna görədir. Başqa idman növlərində rəqibini yıxırsansa, bitir, bizdə isə belə deyil. Yıxanda döyüş hələ təzə başlayır", - deyə o əlavə edib.
Ətraflı süjetdə:
Seçilən
51
50
oxu.az

10Mənbələr