AZ

“Baydenin oğlunu əfv etməsi sui-istifadə və ədalətin pozulmasıdır”- TRAMP

“Co Baydenin oğlu Hunteri əfv etmək qərarı sui-istifadə və ədalətin pozulmasıdır”.

Azpost.info xəbər verir ki, bunu ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp “Truth Social”dakı hesabında bildirib.

Tramp 2021-ci il yanvarın 6-da Kapitola hücum işinə istinad edərək “6 yanvar girovlarını” xatırladıb.

“Co Hunterə şamil olunan əfv fərmanında bir neçə ildir həbsdə olan “6 yanvar girovları” da varmı? Bu qədər sui-istifadə və ədalətin pozulması…” – Tramp yazıb.

Bayden iki məhkəmə işi üzrə oğlunu tam əfv etdi. O, ümid etdiyini bildirib ki, amerikalılar onu ata və prezident kimi başa düşəcəklər. Demokrat əlavə edib ki, ABŞ məhkəmələri vergi cinayətlərinə görə cinayət hökmü çıxarmadığı üçün Hunter ədalətsiz şəkildə mühakimə olunur.

Bayden oğluna qarşı ittihamları onu sındırmaq cəhdləri ilə əlaqələndirib.

Azpost.info

Seçilən
13
12
azpost.info

10Mənbələr