Peşəkar Futbol Liqası (PFL) Premyer Liqa, Birinci Liqa və İkinci Liqa ilə bağlı həyata keçirdiyi “Ayın qolu” layihəsinin şərtlərini dəyişdirib.
Arena.az xəbər verir ki, bu barədə PFL-in rəsmi saytı məlumat yayıb.
Xəbərdə bildirilir ki, qaliblər artıq qurumun “Facebook” səhifəsindəki səsvermə nəticəsində yox, xüsusi seçilmiş 11 nəfərlik münsiflər heyəti tərəfindən müəyyənləşdiriləcək.
Münsiflər heyəti aşağıdakı şəxslərdən ibarətdir:
- Elxan Səmədov – Peşəkar Futbol Liqasının prezidenti
- Fernandu Santuş – Milli komandanın baş məşqçisi
- Tural Piriyev – Futbolun İnkişafı Fondunun icraçı direktoru
- Volkan Üst – “CBC Sport” telekanalının baş direktoru
- Cahangir Həsənzadə – AFFA-nın texniki direktoru
- Ağasəlim Mircavadov – AFFA-nın Məşqçilər Komitəsinin üzvü
- Nazim Əliyev – futbol mütəxəssisi
- Nazim Süleymanov – futbol mütəxəssisi
- Arif Əsədov – futbol mütəxəssisi
- Aslan Kərimov – futbol mütəxəssisi
- Mahmud Qurbanov – futbol mütəxəssisi
Qeyd edək ki, səsvermə nəticəsində bərabərlik olarsa, yekun qərarın verilməsi Peşəkar Futbol Liqasının səlahiyyətləri daxilindədir.