AZ

Şimali Koreya və Rusiyadan kritik razılaşma: Hərtərəfli Strateji Tərəfdaşlıq qüvvəyə mindi...

Şimali Koreya iyun ayında Rusiya ilə imzalanmış və tərəflərdən birinə kənardan hücum zamanı qarşılıqlı yardımı ehtiva edən Hərtərəfli Strateji Tərəfdaşlıq Sazişinin rəsmən qüvvəyə mindiyini açıqlayıb.

Sitat.info xarici mediaya istinadən xəbər verir ki, Şimali Koreya ilə Rusiya arasında əməkdaşlığa yeni dövr daxil olub: "Şimali Koreya administrasiyasından verilən açıqlamada, iyun ayında Rusiya ilə imzalanan və tərəflərdən birinə xaricdən hücum zamanı qarşılıqlı yardımı ehtiva edən Hərtərəfli Strateji Tərəfdaşlıq Sazişinin dünən rəsmi olaraq qüvvəyə mindiyi bildirilib.

Açıqlamada qeyd olunub ki, Şimali Koreya xarici işlər nazirinin müavini Kim Çen Gyu və Rusiya xarici işlər nazirinin müavini Andrey Yuryeviç Rudenko Moskvada sazişin ratifikasiya sənədlərini mübadilə ediblər:

“Hərtərəfli Strateji Tərəfdaşlıq Sazişinə əsaslanan güclü Şimali Koreya-Rusiya münasibətləri iki ölkə xalqlarının rifahını dəstəkləyəcək, regional vəziyyəti yüngülləşdirəcək və beynəlxalq strateji sabitliyə zəmanət verən güclü təhlükəsizlik mexanizmi rolunu oynayacaq, ədalətli çoxqütblü dünya nizamının bərqərar olmasının sürətləndirilməsində hərəkətverici qüvvə rolunu oynayacaq” - deyə bəyanatda bildirilir.

Seymur,

Sitat.info

Seçilən
69
1
sitat.info

10Mənbələr