AZ

«Bank of Baku» pulu nədən qazanır? – GƏLİR MƏNBƏLƏRİ - MƏBLƏĞLƏR

FED.az Azərbaycanın aparıcı banklarından olan, kreit bazarının aktiv iştirakçısı “Bank of Baku” nun gəlir mənbələrini təqdim edir.

«Yelo Bank» pulu nədən qazanır? – GƏLİR MƏNBƏLƏRİ - MƏBLƏĞLƏR

2024-ci ilin üçüncü rübünün nəticələrinə görə , “Bank of Baku” nun ümumi gəlirləri 125 milyon 625 min manat təşkil edib. Yeri gəlmişkən, bank bu göstərici ilə ölkədə 9-cu yeri tutur.

Hesabat dövründə (üçüncü rüb) bankın gəlirlərinin ən böyük hissəsi – 105 milyon 736 min manatı və ya 83%-i kredit portfelinin gəlirlərindən formalaşıb.

Komissiya haqlarından isə 12 milyon 559 min manat daxil olub, bu bankın bütün gəlirlərinin cəmi 9%-i deməkdir.

Bank valyuta əməliyyatlarından 433 min gəlir əldə edib.

“Bank of Baku” qiymətli kağızlar bazarında da təmsil olunur – bu fakt ona üçüncü rüb ərzində 3 milyon 666 min manat gəlir gətirib.

Digər banklardan depozit gəlirləri isə 2 milyon 721 manat təşkil edir.

Digər sahələrdən gəlirlər isə ümumi gəlirlərdə pay kimi görünməyəcək qədər kiçikdir.

Ümumiyətlə, “Bank of Baku”  ümui gəlirlərində faiz gəlirlərinin ən yüksək paya malik olduğu banklardan biri sayılır – bankın faiz gəlirləri ümumi gəlirlərin 89%-ni, qeyri-faiz gəlirləri isə 11%-ni təkşil edir.

Digər gəlirlərin məbləği və onun ümumi gəlirlərdəki payı aşağıdakı kimidir:

Min manat

Gəlir mənbələri

Məbləğlər

Ümumi gəlir də payı

Kredit portfeli üzrə faiz gəliri

105 736

83%

Komissiya haqları

12 559

9%

Valyuta əməliyyatlarından gəlirlər

433

1%

QK-a investisiyadan gəlir

3 666

2%

Digər banklara depozitlərdən gəlirlər

2 721

2%

Digər banklara kreditlərdən gəlirlər

14

1%

Digər faiz gəlirləri

477

1%

Digər qeyri-faiz gəlirləri

19

1%

 

 

 

CƏMİ GƏLİRLƏR

126 625

100%

 

Seçilən
25
14
fed.az

10Mənbələr