AZ

Şirvan 1 saylı Mediasiya Təşkilatı fəaliyyətə başlayır

Şirvan şəhəri üzrə Mediasiya Şurasının üzvü olan Şirvan 1 saylı mediasiya təşkilatı 10 dekabr 2024-cü il tarixindən etibarən rəsmi fəaliyyətə başlayacaq. Bu təşkilat “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsi ilə tənzimlənən tələblərə tam uyğunluq göstərmiş və Mediasiya Şurası İdarə Heyətinin qərarı ilə təşkilatlar reyestrinə daxil edilmişdir.

QHT.az xəbər verir ki, Şirvan, Hacıqabul və Kürdəmir rayonlarında yaşayan vətəndaşlar hüquqi mübahisələrinin həlli üçün Şirvan 1 saylı mediasiya təşkilatına müraciət edə bilərlər.

Təşkilat haqqında məlumat:

  • Ünvan: Şirvan şəhəri, Zülfü Hacıyev küçəsi, ev 10, mənzil 7
  • Email: [email protected]
  • Telefon: +994 55 614 86 04; +994 10 252 42 82

Bu yeni təşkilat bölgə sakinlərinin hüquqi problemlərinin həllində mühüm dəstək rolunu oynayacaq və effektiv vasitəçilik xidmətləri təklif edəcək.

Seçilən
49
14
qht.az

10Mənbələr