AZ

İSRAİL TANKLARI SURİYA PAYTAXTINA və İRAN SƏRHƏDİNƏ DOĞRU İRƏLİLƏYİR: HTŞ qüvvələri niyə susur? - Rəsmi Ankaradan ilk açıqlama gəldi

İsrail ordusu dünəndən başlayaraq, Suriyaya məxsus ən hündür dağı - Hermon dağını, iki ölkə arasındakı bufer zonanı və yaxın ətrafdakı hərbi bazaları işğal etməklə yetinməyib, bütün ölkəboyu Suriyaya məxsus 300-dən çox strateji hərbi obyektləri məhv edib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, İsrail ordusu hava hücumuna paralel olaraq qurudan artıq Suriyanın paytaxtına doğru irəliləməyə başlayıb.

İsrail mediası yazır ki, ordu birlikləri artıq paytaxt Dəməşqin 20 km-nə çatıb.

Maraqlı burasıdır ki, iqtifdarı ələ keçirən HTŞ qüvvələri bu hücumu sanki "görmür": "Onlar hücuma çox sakit və qəribə sükutla yanaşır. israil ordusu isə paytaxtla yanaşı, YPG-nin mövcud olduğu Rakkaya, bir qədər də dəqiqləşdirsək, İranla quru sərhədinə doğru yön alıb..." 

İsrailin hava və quurdan hücumuna rəsmi Ankaradan ilk rəsmi etiraz veriliib. 

Türkiyə XİN İsrailin bufer zonasına daxil olması və daha sonra Suriyada işğalçılıq irəliləyişini davam etdirməsi və paytaxt Dəməşqə yaxınlaşmasın qəbuledilməz olduğunu bəyan edib: "İsrail yenidən işğalçı zehniyyətini nümayiş etdirir, onun ayırma zonasına daxil olmasını şiddətlə qınayırıq. Türkiyə Suriyanın ərazi bütövlüyünü dəstəkləyir və İsraildən 1974-cü ildə imzalanmış Qüvvələrin Ayrılması Müqaviləsinə əməl etməyi tələb edir"

XİN-dən əlavə olunub ki, Suriya xalqının uzun illərdir həsrətində olduğu sülh və sabitliyə nail olmaq fürsəti yaranıb: "Bu həssas dövrdə İsrail yenidən işğalçı zehniyyətindən əl çəkməlidir"

Tahir Şəlvəli
MİA.AZ

Seçilən
26
27
mia.az

10Mənbələr