AZ

"Növbəti mərhələ Rusiyanın Ukraynadan çıxarılmasıdır, əks halda..." - AÇIQLAMA

"Çin Tayvana hücum edərsə, üçüncü dünya müharibəsi başlaya bilər".

 

Bunu Sfera.az-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib. Onun sözlərinə görə, Suriyada Bəşər Əsəd hakimiyyətinin süqutu Rusiyanın Yaxın Şərqdə geosiyasi mövqeyinə zərbə oldu:

 

“Bu, Rusiyanın Ukrayna siyasətinə təsirsiz ötüşməyəcək. Qərb Yaxın Şərqdə Rusiyanı Suriyadan çıxartdı. Növbəti mərhələ Rusiyanın Ukraynadan çıxarılmasıdır. Əgər, ABŞ Ukraynada Rusiyanın qalib gəlməsinə göz yumarsa, növbəti mərhələdə üçüncü dünya müharibəsi fazasına daxil olacaq. Çünki Çinin Tayvana hücumu üçüncü dünya müharibəsinin başlanması deməkdir. Çin Rusiyanın Ukraynada qalib gəlməsində maraqlıdır. Bu halda Qərbin cəsarətsizliyindən istifadə edərək "Hind- Sakit okean" periferiyasında ABŞ-yə qarşı hərəkətə keçə bilər”.

 

Politoloq qeyd edib ki, hazırda baş verənlər üçüncü dünya müharibəsinin başlamasına gətirib çıxara bilmək təhlükəsinə malikdir:

 

“Əgər Çin Tayvana hücum edərsə, ABŞ Çinlə hərbi qarşıdurmaya gedəcək. Bu da üçüncü dünya müharibəsinə gətirib çıxara bilər. Rusiyanı Ukraynadan çıxarmaqla bunun qarşısını almaq və Çinin aqressiv hərəkətliliyini önləmək olar. Çin Tayvanı və Rusiya Ukraynanı işğal edərsə, ABŞ və Qərb bloku tənəzzülə uğrayar. Dünyada Rusiya və Çinin başçılıq etdiyi yeni bir qütb meydana çıxar”.

 

Firuzə Əliyeva

Sfera.az

 

Seçilən
16
31
sfera.az

10Mənbələr