AZ

İki yaşlı Asim güclü yanıq xəsarətləri alıb: Müalicəyə ehtiyacı var

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



İki yaşlı Asimin dəstəyə ehtiyacı var.
Bu barədə Oxu.Az-a onun anası Aynur Əzizova məlumat verib.
O bildirib ki, övladı evdə oynayarkən ağır yanıq xəsarətləri alıb:
"Asimin iki yaşı var. Aprelin 14-də evdə qaçarkən stola dəydi, masanın üzərindəki çaydan onun üzərinə aşdı. Həmin gün onu xəstəxanaya apardıq. Vəziyyəti ağır olduğu üçün bizi Bakıda yerləşən xəstəxanalardan birinə göndərdilər".
Gənc ana övladının müalicəsi üçün dəstəyə ehtiyacları olduqlarını deyib:
"Biz İmişli rayonunda yaşayırıq. İnanın, özümüzü güclə dolandırırıq. Ötən ay yardımsevər şəxslərin dəstəyi ilə Asimin müalicəsinin bir hissəsini etdirə bildik. Hazırda nə dərman, nə mazlarını ala bilirik. Müalicəni davam etdirə bilmək üçün 600 manata ehtiyacımız var. Yardımsevər şəxslərdən bizə dəstək olmalarını xahiş edirəm. Övladımı belə əziyyətli ağrılar içində qoymayın, sizə yalvarıram".
Ailə ilə əlaqə: (099) 757-59-50
"Kapital Bank": 4169 7388 3852 4779.
Seçilən
15
50
oxu.az

10Mənbələr