AZ

ABŞ “Gürcü Arzusu”nun yüksək vəzifəli məmurlarına qarşı sanksiyalar tətbiq edib

Cümə axşamı Birləşmiş Ştatlar əhalinin etirazlarının amansızlıqla yatırılmasına görə “Gürcü Arzusu” hökumətinin yüksək vəzifəli məmurlarına qarşı yeni sanksiyaları açıqlayıb.

“Biz etirazçılara qarşı zorakılıqla əlaqədar daxili işlər naziri də daxil olmaqla, iki Gürcüstan məmuruna qarşı sanksiyalar tətbiq edirik. Böyük Britaniya və digər Avropa ölkələri bu yaxınlarda bənzər addımlar atıblar. Biz Gürcüstanda insan hüquqlarını pozanları məsuliyyətə cəlb etməkdə həmrəyik”, deyə Dövlət Departamentinin nümayəndəsi Metyu Miller bildirib.

DİN başçısından başqa, DİN-in Xüsusi Əməliyyatlar Departamentinin rəis müavini Mirza Kezzevadzeyə qarşı sanksiyalar tətbiq edilib.

Dövlət Departamenti həmçinin hüquq-mühafizə orqanlarının və təhlükəsizlik xidmətlərinin etirazçılara qarşı zorakılıqda iştirak etmiş əməkdaşlarına qarşı viza məhdudiyyətləri tətbiq edəcək. Bundan başqa, sanksiyalar azad səs vermək hüququ da daxil olmaqla, əsas azadlıqların məhdudlaşdırılmasına görə hakimiyyətin bələdiyyə orqanlarının vəzifəli şəxslərinə də şamil olunacaq”, deyə Miller bildirib.

“ABŞ Gürcüstanda hüquqların pozulmasında təqsirli olanların məsuliyyətə cəlb edilməsi üçün mövcud alətlərdən istifadə edir”, deyə Dövlət Departamentinin mətbuat katibinin müavini Vedant Patel brifinqdə Turan-ın suallarına cavabda bildirib.

O əlavə edib ki, sonuncu sanksiyalar ABŞ-ın ötən həftə açıqladığı viza tədbirlərinin ardınca tətbiq olunur.

“ABŞ “Gürcü Arzusu” tərəfindən ölkə vətəndaşlarına – etirazçılara, KİV, müxalifət nümayəndələrinə və hüquq müdafiəçilərinə qarşı davam edən amansız zorakılığı qətiyyətlə pisləyir. Hesab edirik ki, “Gürcü Arzusu” partiyası ölkənin gürcü xalqının istədiyi və Gürcüstan konstitusiyasında nəzərdə tutulan Avroatlantik gələcəyindən üz çevirib”, deyə o qeyd edib.

phrase_var_article.chosen
6
50
hokm.az

10phrase_var_article.sources