AZ

Üzgüçülərimiz Estoniyada 22 medal qazanıb

Azərbaycan üzgüçüləri Açıq Estoniya Qış çempionatında 22 medal qazanıb.

Apasport.az xəbər verir ki, Estoniyanın Tartu şəhərində keçirilən yarışa 15 idmançı ilə qatılan milli çox yüksək nəticələr əldə edib.

Azərbaycanla yanaşı Estoniya, Latviya, Litva, Ukrayna, Finladiyadadan ümumilikdə 35 klubdan 285 idmançının qatıldığı beynəlxalq turnirdə ölkəmizin üzgüçülük yığmasının üzvləri vətənə 7 qızıl, 13 gümüş medal, 2 bürünc medalla dönüblər.

Üzgüçülərimizdən Süleyman İsmayılzadə 3 qızıl, 2 gümüş, Oqtay Hüseynov 2 qızıl və eyni sayda gümüş, Ramil Vəlizadə 1 qızıl, 2 gümüş, 1 bürünc, Əbdürrəhman Rüstəmov 1 qızıl və gümüş, Fatimə Alkərəmova 2 gümüş, 1 bürünc, Səid Həmidov 2 gümüş, Rəşad Alquliyev və Məryəm Cavadova hərəyə 1 gümüş medal qazanıblar.

Süleyman İsmayılzadə, həmçinin 1500 metr məsafəyə sərbəst üsulda üzməkdə 1-ci olmaqla yanaşı, Estoniya rekordunu da yeniləyib.

Qeyd edək ki, yarış dekabrın 20-dən 22-nə qədər keçirilib.

Milli Paralimpiya Komitəsində yeni təyinatlar olub

Azərbaycan çempionatının finalı Xankəndidə keçiriləcək

Üç idmançımız dopinqə görə cəzalandırılıb

“Fövqəladə hallar uşaqların gözü ilə” XII Respublika uşaq yaradıcılıq müsabiqəsinin qalibləri mükafatlandırılıb - FOTO

Təhminə Tağızadə: "Bakı 2026-cı il üçün dünyanın idman paytaxtı seçilib"

Seçilən
9
13
apasport.az

10Mənbələr