AZ

Günün ULDUZ FALI: xoşagəlməz hadisələr baş verə bilər

Publika.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir

Qoç - ağır və çətin gün olsa da, müşküllərin öhdəsindən gələcəksiniz. Nikbin olun, aktiv davranın. Günün ilk yarısında emosional fon gərgin olduğundan daha çox çalışmalı olacaqsınız. Yaxşı əhvalınızı qoruyun. Pozitiv emosiyalara ehtiyacınız var.

Dəstək almaq istəyirsinizsə, yardım istədiyiniz insanla konkret danışın.

Günün ikinci yarısında yaradıcılıq potensialınızın səviyyəsi yüksək olacaq. Öz ideyalarınızı reallaşdırmaq əvəzinə başqalarının fikirlərindən yararlana bilərsiniz. İdman, ağır fiziki əmək, sükan arxasında çox vaxt keçirmək məsləhət deyil. Travma və xoşagəlməz hadisələr riski var.

Kosmetik vasitələrlə eksperimentlər aparmayın. Allergik reaksiyalar ola bilər.

Buğa - gün uğursuz başlanacaq. Günün ilk yarısında problemlər bir-birini əvəzləyəcək. Dincəlməyə, nəfəs dərməyə vaxtınız olmayacaq. Dostlar və tanışlar sizə yardım etməyə hazırdırlar. Amma onların yardımları gözlənilən effekti vermir. Çətin situasiya daha da ağırlaşır. Maliyyə və daşınmaz əmlakla bağlı müstəqil qərar qəbul edin.

Günün ikinci yarısında aktiv çalışın. Şər qarışana qədər evdə olmağa çalışın. Kompüter və ya televizor arxasında çox vaxt keçirmək gərək deyil. Adi günlərdən fərqli olaraq gözləriniz daha tez yorulacaq. Başağrıları da istisna deyil. Sevdiyiniz şəxs axşam saatlarında sizi xoş xəbərlə sevindirəcək.

Əkizlər - gün narazılıq və narahatlıq vəd etməsə də, sürprizlər olacaq. Köhnə dostlar və ya bir neçə il əvvəl işlədiyiniz insanlardan birindən qəfil xəbərlər ala bilərsiniz. Çətin qərar qəbul edə bilərsiniz. Həmin qərarı dərhal həyata keçirmək asan olmasa da, səyləriniz hədər getməyəcək. Nəticələr sizi sevindirəcək.

Günün ikinci yarısında xoş tanışlıqlar ola bilər. Lakin onlar ciddi münasibətlərin rəhni olmayacaq. Ani marağı və ya rəğbəti ciddi hiss kimi qəbul etməyin. Situasiyanı dürüst qiymətləndirmək üçün vaxta ehtiyacınız var. Durumu dəqiq qiymətləndirsəniz, sonradan təəssüf hissi keçirməyəcəksiniz.

Xərçəng - nüfuz və imicinizi qoruyun. Paxıllarla rəqiblər bu gün dəridən-qabıqdan çıxacaq, sizə mane olmağa çalışacaqlar. İstənilən, hətta ən kiçik səhvləriniz diqqəti sizə cəlb edəcək. Uğurlar və nailiyyətlərinizi isə görməməyə çalışacaqlar.

Bilik və bacarıqlarınızı nümayiş etdirin, qələbələriniz barədə danışın. Lakin özünüzü həddən ziyadə tərifləməyin.

Günün ikinci yarısında romantik təmaslarla bağlı dəvəti qəbul etməyə tələsməyin. Sadəcə, nəzakət xətirinə harasa yollanmayın. İnsan sizin xoşunuza gəlirsə, hər şey yaxşı olacaq. Əks təqdirdə problemlər yaranacaq.

Şir - istənilən qərarları müstəqil qəbul edin. Bu gün sizinlə manipulyasiya etmək istəyən insanlar çox olduğundan onların hamısına sinə gərmək asan deyil. Səfər və ya səyahət, ezamiyyət üçün yaxşı zamandır. Sifariş aldığınız və ya çalışacağınız məkana yollananda yolda emosiyalarınızı səbatlı edin. Şəraitin dəyişməsi kefinizi kökəldə bilər.

Uzaqda, başqa şəhərdə yaşayan tanışlardan birindən günün ikinci yarısında xoş xəbər ala bilərsiniz. Son zamanlar darıxdığınız insanla görüşəcəksiniz.

Yanlış qərarla pozulmuş romantik münasibətlərin bərpası üçün əlverişli zamandır.

Qız - yeni imkanlar vəd edən gündür. Lakin həmin imkanlardan yararlanmaq üçün qətiyyətli və cəsur olun. Yanınızdakı insanın sizi dəstəkləməsi önəmli amildir. Bir-iki söz əhvalınızı yaxşılaşdıra bilər. Gəlirlər az, hədiyyə kiçik və ucuz olacaq.

Günün ikinci yarısı fiziki əmək və səylə çalışmaq üçün münasib zamandır. Axşam saatlarında nikbin, parlaq görünməyə çalışın. Ünsiyyətə can atdığınız insanın marağını cəlb edə bilərsiniz.

Tərəzi - qarışıq və mürəkkəb gündür. Ciddi işlər planlaşdırmayın. Diqqətli olun, dağınıq davranmayın. Mühüm detalları, önəmli xırdalıqları nəzərdən qaçırmayın. Belədə ciddi səhv riski dəfələrlə artır. Yaxınlarınızla ünsiyyətdə problemlərin yaranmamasına çalışın. Dəyər verdiyiniz insanlarla təmaslarda sayıq, qayğıkeş və diqqətli olun.

Günün ikinci yarısında mövqeyinizi qorumağa çalışarkən sərt və aqressiv davranmayın, həmsöhbətinizin xətrinə dəyməyin. Əks təqdirdə başladığınız söhbəti bitirməyə çalışacaqlar. Uzaq səfərlərə yollanmayın. İctimai nəqliyyatdan az istifadə edin.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
159
50
publika.az

10Mənbələr