Türkiyədə toyda hər kəsi təəccübləndirən hadisə baş verib.
Azsabah.com Türkiyə KİV-ə istinadən xəbər verir ki, bölgələrdən birində təşkil edilən məclisdə gəlin bəyin boynuna xalta taxaraq gəzdirib.
Bu zaman bəyin əynində qəribə geyim də olub. Cütlük "Salako" filminin musiqisinin sədaları altında məclisdə bir dövrə vurub.
Toydan lentə alınan görüntülər sosial şəbəkələrdə böyük səs-küyə səbəb olub.
İzləyicilər gəlini bu hərəkətinə görə qınayıblar. Onlar "O qədər camaatın içində bəyə tasma taxıb hələ bir gəzdirir də" kimi şərhlər yazaraq gəlini qınayıblar.
Sözügedən görüntüləri təqdim edirik: