AZ

"Bayraktar TB3" "ASELFLIR-500" ilə ilk dəfə havaya qalxdı- FOTO - VİDEO

"Baykar" tərəfindən hazırlanmış "Bayraktar TB3" pilotsuz uçuş aparatı Türkiyə ASELSAN tərəfindən hazırlanmış yerli Elektro-Optik sistem "ASELFLIR-500" ilə ilk uçuş sınağını müvəffəqiyyətlə tamamlayıb.

Avtosfer.az xəbər verir ki, "Bayraktar TB3" PUA-sı, Tekirdağın Çorlu rayonundakı AKINCI Uçuş Tədris və Sınaq Mərkəzində keçirilən Orta Hündürlük Sisteminin Tanıma və Performans Testində ilk dəfə olaraq "ASELFLIR-500" ilə uçub.

Sınaq çərçivəsində dünyadakı ekvivalentləri ilə müqayisədə ən yüksək göstəricilərə malik olan "ASELFLİR-500" Elektrik-Optik kəşfiyyat, müşahidə və hədəf təyinetmə sisteminin inteqrasiyası uğurla həyata keçirilib.

PUA "ASELFLIR-500" ilə 6 saat uçuş həyata keçirdiyi 25-ci uçuş sınağını uğurla başa vurub.

Sınaq zamanı təlim uçuşu edən Bayraktar AKINCI TİHA-nı "ASELFLİR-500" də izləyib.

baku.ws

Seçilən
165
27
avtosfer.az

10Mənbələr