Bakı. Trend:
Tayvanın şərq sahillərində baş verən 7,5 bal gücündə zəlzələdənsonra Yaponiyanın Okinava prefekturasının adaları üçün 3 metrliksunami təhlükəsi yaranıb.
Trend-in məlumatına görə, bu barədə Yaponiya MeteorologiyaXidməti bildirib.
Miyakodzima və Yaeyama adalarına sunami təsirinin təxmini vaxtıyerli vaxtla saat 09:10-dadır. Dalğanın sahilə çatıb-çatmadığıbarədə hələlik məlumat yoxdur. Prefekturanın əsas adası Okinavaərazisində yerləşən adalar üçün yerli vaxtla saat 10:00-da sunamiproqnozlaşdırılır.
Qeyd olunub ki, 7,5 bal gücündə zəlzələnin episentri Tayvanınşərq sahilləri yaxınlığında yerləşib.