Rusiya sülhməramlı kontingentinin Qarabağdan çıxarılması rəsmi Bakı və Moskva arasında münasibətləri zəiflədən yox, gücləndirən faktor kimi qiymətləndirilir. Qarabağ mövzusunun artıq bağlanması və ikitərəfli münasibətlərdə hərbi və sülhməramlı komponentlərə ehtiyac olmaması səbəbindən sülhməramlılar Qarabağı vaxtından əvvəl tərk ediblər. Mövzu ilə bağlı "Sherg.az"a açıqlama verən politoloq İlyas Hüseynov deyib ki, Rusiya sülhməramlılarının Qarabağı vaxtından əvvəl tərk etməsi ölkədə çox xoş qarşılanıb:"Bu hadisə Prezident İlham Əliyevin diplomatik uğurudur. Uzun illər Azərbaycana qarşı çirkin kompaniya yürüdən qüvvələr Rusiya sülhməramlı kontingentinin Azərbaycana yerləşməsindən sonra öz məkrli məqsədlərini yenidən ortaya qoydular və bu mövzu ilə bağlı ixtisaslarından kənar "proqnozlar" verdilər. Lakin sülhməramlıların bölgədən çıxarılması onların bu əməllərinin iflasa uğramasına səbəb oldu. Bizə məlumdur ki, bu razılaşma Azərbaycan və Rusiya dövlət başçılarının təmasları nəticəsində əldə olunub. Düşünürəm ki, bu razılaşma rəsmi Bakı və Moskva arasındakı münasibətlərə qarşıdakı dövrdə müsbət təsir göstərəcək. Digər tərəfdən sülhməramlıların Qarabağdan çıxarılması Azərbaycanın həm ərazi bütövlüyünün, suverenliyinin, sülh və təhlükəsizliyin formalaşması həm də, Azərbaycan diplomatiyasının qələbəsi kimi qiymətləndirilməlidir".Yusif Məmmədxanlı
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta