AZ

İsa Qəmbər qayıdır: Tural Abbaslı da “geri dönür”?

Müsavatın başında İsa Qəmbər, Arif Hacılı, Osman Kazımov - kim olur olsun, bizim üçün heç bir fərqi yoxdur.

Bu sözləri Axar.az-a Ağ Partiya başqanı Tural Abbaslı İsa Qəmbərin yenidən Müsavat Partiyasının başqanlığına namizəd olması ilə bağlı deyib.

“Biz Ağ Partiya olaraq digər partiyalarla əlaqələri onların sədrlərinin kim olmasına görə müəyyən etmirik. Partiyaların tutduğu siyasi xətt və bizə qarşı mövqeyi münasibətlərimizdə rol oynayır. Müsavatın başında İsa Qəmbər, Arif Hacılı, Osman Kazımov - kim olur olsun, bizim üçün heç bir fərqi yoxdur. Mən inanmıram ki, onlardakı rəhbər dəyişilikliyi aramızdakı əlaqələrin də dəyişikliyinə səbəb olacaq. Müsavatı düşmən hesab etməsək də, müttəfiq də hesab etmirik və hələlik planlarımızda onlarla yaxınlaşmaq, əməkdaşlıq eləməklə bağlı nəsə yoxdur. Birləşməyə qalanda isə Ağ Partiya bu gün Müsavatdan üç dəfə böyük olduğu üçün qurultayla bağlı bizə nəsə xahiş etsələr, çalışarıq ki, nəzərdən keçirək”, - T.Abbaslı bildirib.

Qeyd edək ki, Müsavat Partiyasının XI qurultayı mayın 4-də Suraxanı rayonu, Əmircan qəsəbəsi, Səttar Bəhlulzadə adına Mədəniyyət Evində keçiriləcək. İsa Qənbərin partiya sədrliyinə qayıdacağına artıq şübhə edilmir.

Tural Abbasla 2014-cü ildə Müsavat sədrliyinə namizəd olmuş, ancaq uduzmuşdu. Arif Hacılının sədr olmasından sonra isə partiyadan uzaqlaşmış və yeni siyasi qurum yaratmışdı.

Seçilən
184
13
axar.az

10Mənbələr