AZ

Ukrayna Cənubi Qafqazda sülh və sabitlikdə maraqlıdır

Ukrayna Xarici İşlər Nazirliyi 1991-ci il Alma-Ata Bəyannaməsi əsasında dövlətlərarası sərhədin delimitasiyası ilə bağlı razılığın əldə olunmasını alqışlayır.

Xezerxeber.az xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

Bildirilib ki, Azərbaycan və Ermənistan arasında dövlətlərin suverenliyinə hörmət, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığının tanınması, ziddiyyətlərin sülh yolu ilə həlli ilə sərhədin delimitasiyası ölkələr arasında münasibətlərin normallaşması və regionda sabitliyin təmin edilməsi üçün zəruri şərtdir.

“Rusiyanın təcavüzkar siyasəti və Rusiyanın Baltikyanı ölkələr, Qara dəniz regionu, Cənubi Qafqaz və Mərkəzi Asiyaya davamlı təhdidləri kontekstində Azərbaycan və Ermənistan arasında dövlətlərarası sərhədin delimitasiyası ilə bağlı razılığın əldə olunması sabitliyin əlavə və mühüm amilidir. Biz tərəflərin əldə etdiyi razılaşmaların praktiki olaraq uğurla həyata keçirilməsinə ümid edirik.”, - qeyd olunub.

Bəyanatda deyilir ki, Ukrayna Cənubi Qafqazda sülh və sabitlikdə maraqlıdır.

Seçilən
422
29
xezerxeber.az

10Mənbələr