AZ

"Bolqarıstan Cənubi Qafqazda sabitlik və təhlükəsizliyi təşviq edir" - Rumen Radev

"Bolqarıstan Cənubi Qafqazda sabitlik və təhlükəsizliyi təşviq edir".
 
Moderator.az xəbər verir ki, bunu Bolqarıstan Prezidenti Rumen Radev “Baku TV”yə müsahibəsində deyib.
 
O bildirib ki, rəsmi Sofiya Azərbaycanla əməkdaşlıqda bir çox təşəbbüslərdə iştirak edir:
 
“Bolqarıstan planetimizin bir çox kritik sahələrində sülh və təhlükəsizliyin gücləndirilməsi üçün həll yollarının tapılmasına töhfə verir. Bu səbəbdən bizim ölkə Azərbaycanla əməkdaşlıqda bir çox təşəbbüslərdə iştirak edir. Regionunuzda sabitlik və təhlükəsizliyi təşviq edirik. Məsələn, əlaqə qurmaq, boru kəmərləri çəkmək, avtomobil və dəmir yolları, yaşıl elektrik xətləri, rəqəmsal kabellər çəkmək və s. Hər şey kabellərlə dəstəklənir. Bu əlaqələr sülh və sabitlik səylərinə töhfə verir. Çünki möhkəm əlaqələr olan yerdən bütün münaqişələr uzaqlaşır”.
 
Bolqarıstan Prezidenti iki ölkə arasındakı münasibətlərdə enerji məsələlərinin əsas yer tutduğunu söyləyib:
 
“Enerjidən danışarkən çox şey etdiyimizi qeyd etdim, biz təkcə ikitərəfli əlaqələrimizin inkişafı üçün deyil, həm də Qafqazın, Ağ və Qara dəniz regionlarının sabitliyi və iqtisadi inkişafını dəstəkləmək, eləcə də Avropanın enerji təhlükəsizliyini gücləndirmək üçün çox iş görmüşük. Məhz bu səbəbdən Azərbaycan və Bolqarıstan arasında enerji əlaqələri çox vacibdir”.
 
Rumen Radev vurğulayıb ki, çoxölçülü, tammiqyaslı strateji tərəfdaşlıq yaratmaq üçün güclü əlaqə lazımdır:
 
“Əlaqələrimiz gələcək uğurlarımızın açarıdır. Buna görə də biz gələcək fəaliyyətimizi inkişaf etdirmək üçün bir çox ideyalar paylaşırıq. Prezident İlham Əliyev ilə ölkələrimizin geostrateji yerləşməsindən necə faydalana biləcəyimizlə bağlı müzakirə apardıq. Biz Asiya ilə Avropanı birləşdirən multimodal nəqliyyat dəhlizini inkişaf etdirmək üçün daha çox səy göstərməliyik. Bolqarıstanın Qara dənizə çıxış üstünlüyündən istifadə etməliyik”.
 
Dövlət başçısı diqqətə çatdırıb ki, Azərbaycanla Mərkəzi Avropa arasında yaşıl enerjini nəql etmək üçün nəzərdə tutulan sulatı elektrik kabeli Bolqarıstan vasitəsilə Qərbi Balkan ölkələrinə də çatacaq.
 
“Biz yalnız enerji və nəqliyyat əlaqəsinə fokuslanmamalıyıq, rəqəmsal əlaqə gələcəkdir. Bunu Bolqarıstan Gürcüstanla birlikdə inkişaf etdirir. Gürcüstanla Bolqarıstan arasında sualtı rəqəmsal kabel Avropa Komissiyası tərəfindən də dəstəklənir. Bu layihəyə Azərbaycanla Avropa arasında olan bütün rəqəmsal məlumatları da birləşdirməyə imkan verəcək. Buna görə də bu sahədə çox işləyirik”,- deyə R.Radev əlavə edib.
 
Seçilən
266
50
moderator.az

10Mənbələr