AZ

"Onlar jurnalistikada pul qazanmağın yolunu tapıblar"

"Bayağı verilişlərin tamaşaçı kütləsi var, baxılır, "primetime" vaxtı götürüb, reytinqi götürüb. Bütün sponsorlar yalnız həmin verilişə düşmək istəyir. Kimə baxırsan adının orada çəkilməsini istəyir. Səbəb baxılır. Keyfiyyətli, keyfiyyətsiz, baxılır".

Demokrat.az Axşam.az istinadən xəbər verir ki, bu sözləri aparıcı İlqar Mikayıloğlu "Künc-bucaq" yutub layihəsində deyib. Jurnalist sosial xarakterli verilişlərdən danışıb:

"Aparıcı veriliş baxıldığı üçün, qazanır. Əsas xeyir versin. Bu adam jurnalistikada pulu necə qazanmağın yolunu tapdı. Mən tank, təyyarə çəkirəm və... Amma bu adam yolunu tapdı. Jurnalistika sayəsində həyatını təmin etdi. Mən isə həyatımı təmin etmək üçün jurnalistikada ola-ola 5 il torpaq əkdim. Deyirdim ki, əkdiyim məhsulu götürüb, onun sayəsində Bakıda torpaq alacağam".

İ.Mikayıloğlu jurnalistikadan gəliri olmamasından söz açıb:

"Jurnalistikadan pul qazana bilmirəm, normaldır. Amma "mütləq pul qazanmalıyam" deyən şəxs bunun yolunu tapır. İnsanların çoxu intelekt səviyyəsinin aşağı olmasından super istifadə edir: onun arvadı filankəslə bunu edir,  filankəsin əri filankəslə filan şey etdi. Fakt televiziyada həmin verilişi hazırlayan jurnalist yaşam tərzini qaydasına saldı. Ona ağılsız demək olmaz, ağıllıdır. Normal da gedir, bilir ki, sarı sim budur, zəif damarı tutdum. Onun da müqabilində sponsoru, tamaşaçı kütləsi var.

Aparıcı bayağılaşmayıb. Sadəcə, nəbzi tutub ki, nəyə baxılır". 

Seçilən
16
50
demokrat.az

10Mənbələr