AZ

Avropa Komissiyası Moldovaya 50 milyon avro kredit ayırdı

Avropa Komissiyası (AK) Moldovaya güzəştli şərtlərlə 50 milyon avro kredit ayırıb.

Bizim.Media xəbər verir ki, bu barədə AK-nın kommünikesində qeyd edilib.

Məlumata görə, maliyyə dəstəyi Moldovaya 2024-cü il üçün maliyyə ehtiyaclarının bir hissəsini ödəməyə və makroiqtisadi sabitliyi qoruyub saxlamağa kömək edəcək,

Qeyd edilib ki, AK Moldovaya iyulun sonuna qədər 22,5 milyon avroluq yeni qrant ödənişi edəcək.

Bizim.Media

Seçilən
175
12
bizim.media

10Mənbələr